Meyvə Və Tərəvəzi Necə Saxlayaq?

Soyuducunuzu təmiz saxlayın! Qalmış yeməklər və kif bakteriyaları soyuducuda olan başqa yeməkləri xarab edə bilər.

Bacardıqca meyvə və tərəvəzi kəsilməmiş halda soyuducuda saxlayın.
Enli yarpaq göyərtini su içində üstü plastik ilə örtülü şəkildə soyuducuya qoyun.

Cücərmənin qarşısını almaq üçün kartofu almaların yanında saxlayın, soğandan isə uzaq tutun.

Doğranmış göyləri kasaya tökün, üstünə kağız dəsmal qoyun ki şehini alsın və plastik ilə kasanın ağzını örtün.

Pomidoru göyərtili salada ancaq yeməmişdən biraz öncə artırın. Pomidorun sulu olması saladın göyərtisini soldurur və tez çürüdür.

Göbələyin birinci düşməni nəmişlikdir. Göbələyi kağız kisədə soyuducuda və ya quru sərin yerdə saxlayın. Plastik kisədən və ya şüşədən istifadə etməyin, çünki bunlar rütubəti hopduracaq.

Çürümüş almaları o birilərdən dərhal ayırın, çünki bir çürük alma o birilərin hamısını xarab edər

Bananları başqa meyvələrdən ayrı saxlayın. Bananda etilen qazı çox olduğuna görə o biri meyvələri də tez dəydirər.

Bacardıqca meyvə və tərəvəzi şüşə qablarda soyuducuya qoyun. Plastik qabların çoxunda zərərli kimyəvi maddələr olduğuna görə meyvə və tərəvəzin xarab olmasını sürətləndirir.

Meyvələri soyuducunun qapsında yox, orta və ya dib gözündə saxlayın. Temperatur soyuducunun qapısında sabit deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir